Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31

Salam Sarvan. Hara dırmaşırsan, meymun balası


Allah çox hündürdü, onun altınnan
əyilib keçməyə ehtiyac olmur.
Bu gecə yaradı qolunda, qardaş,
Ona heç duznan da bir əlac olmur.

Çıxır ürəyinin üstünə hamı
Hamının ürəyi sıxılır elə...
Təkcə yuxarıdan yıxılmır adam,
adam yuxarı da yıxılır elə.

Hara dırmaşırsan, meymun balası,
Hara dartır səni əlin, ayağın?
Göznən görünməyən ucalıqdansa
Gözlə görünməyən dərinlik yaxın.

Günün bütün mövzuları

XS
SM
MD
LG