Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Salam Sarvan. Gəzirik bir atın üstdə piyadə


Bu əyri dünyanın xəritəsini
Yapışdır bəzək tək düz divarına...
Qələmi mıx kimi çalıb durmuşam
Asmağa şey yoxdu söz divarına.

Saqi, bu quyudu, yoxsa ki badə?..
Gəzirik bir atın üstdə piyadə...
Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına.

Bir böyük ölüm ver, qoy bəsim olsun...
Çörək - daşdan çıxan nəfəsim olsun -
Hər evin xatirə lövhəsi olsun -
Hər kəs mismarlansın öz divarına.

Günün bütün mövzuları

XS
SM
MD
LG