Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:00

İki od arasında, əməkhaqqında 155 milyon manat artım...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzeti yazır ki, «Azərbaycan iki od arasında qalıb»: «Regionda baş verən hadisələr, İrandan və ABŞ-dan gələn təzyiqlər rəsmi Bakını seçim qarşısında qoyub».

«Azərbaycan» qəzeti əməkhaqqı artımının 670 min büdcə işçisini əhatə etdiyini yazır: «...əməkhaqqının 10 faiz artımının ödənilməsinə təkcə bu il 12.9 milyon manat əlavə vəsait yönəldiləcək. Əməkhaqqı artımının maliyyələşdirilməsi məqsədilə 2012-ci ilin dövlət büdcəsindən isə əlavə 154.7 milyon manat ayrılacaq…».

«Yeni Müsavat» qəzeti «Kremldən Azərbaycana tanış olan antimitinq metodları»ndan yazır. «Müxalifətin istədiyi meydan «zanit»dir, etirazçıları döyənlərin isə maaşını qaldırdılar», – deyə yazda qeyd olunur.

«Azadlıq» qəzeti yazır ki, «2012 il Azərbaycan və Rusiya üçün çətin olacaq». Qəzetə görə, «Qeyri-demokratik rejimlər üçün geriyə sayım başlayır…».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan müdafiə sənayesi sürətlə inkişaf edir»: «Hərbi sənaye potensialını artıran Azərbaycan bir neçə ildən sonra regionda və xarici bazarlarda həm də hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək…».

«Dağlıq Qarabağın Azərbaycan və erməni icması nümayəndələri Rusiyada görüşəcək?». «Exo» qəzeti yazır ki, icmaların bu görüşü Rusiyanın vasitəçiliyinə yeni məna verəcək…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG