Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:29

Xan Şuşinsk fondu yaradılıb


Şuşa
Şuşa
Azərbaycanın xalq artist, görkəmli xanəndə Xan Şuşinski adına fond yaradılıb.

Bu barədə ANS PRESS xanəndənin qızı Bəyimxanım Verdiyeva-Cavanşirovaya istinadla xəbər verir.

Fondun əsas fəaliyyəti xeyriyyəçilik olacaq.

Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə sərf ediləcək.

Fondun prezidenti xanəndənin qızı Bəyimxanım Verdiyeva-Cavanşirovadır. O bunun atasının 110 illik yubileyinə hədiyyə olduğunu deyir.

Xan Şuşinski 1901 il avqustun 20-də Şuşada anadan olub, 1979-cu il martın 18-də vəfat edib.

Əsl adı İsfəndiyar Cavanşirdir.

Xan adını ona ustadı İslam Abdullayev verib.
XS
SM
MD
LG