Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32
2012-ci ildən Bakıda şəhərdaxili telefon danışıqları pullu olmayacaq.

Çünki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına təqdim etdiyi təklifləri geri götürüb.
Bu barədə APA-ya nazirlikdən bildirilib. Qurumun mətbuat xidmıtinin rəhbəri Müşfiq Əmirov deyib ki, "Bakı şəhərində sabit telefon şəbəkəsində vaxta görə ödəniş sisteminin tətbiqi, müasir tələblərə cavab verən və əhalinin sosial maraqlarına toxunmayan təkliflər paketi ilə bağlı məlumatlar ictimaiyyət arasında anlaşılmazlıq və narahatlıq yaradıb”.
Müşfiq Əmirovun sözlərinə görə də əhalinin məsələ ilə bağlı münasibətini nəzərə alaraq nazirlik bununla bağlı təkliflər paketini Tarif Şurasından geri götürüb.
O bildirib ki, gələn il ictimaiyyət arasında izahat və təbliğat işi aparılacaq. Əgər ictimaiyyət tərəfindən müsbət reaksiya olarsa, stasionar telefonlar üzrə danışıqlarda ödənişli sistemlə bağlı təkliflər paketi yenidən Tarif Şurasına təqdim edilə bilər.

***

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına şəhərdaxili telefon danışıqlarına vaxt hesabı ödəniş sistemi müəyyən edilməsi ilə bağlı iki variant göndərmişdi. Bu barədə «Trend»ə nazirlik yanında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov açıqlama vermişdi.

Beytulla Hüseynov açıqlamasında, vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi 2012-ci ilin əvvəllərində gözlənilir və bu gün operatorun infrastrukturu ümumilikdə bu xidmətlərin tətbiqinə hazırdır.

Şərhləri göstər

XS
SM
MD
LG