Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:00

Qəbələ RLS-in icarə şərtləri müzakirə edilib


Qəbələ RLS
Qəbələ RLS
Bakıda Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında Qəbələ RLS-in icarə şərtləri barədə müzakirələr aparılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, dekabrın 14-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovu qəbul edib.
Görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələləri və Qəbələ RLS-in icarə şərtləri barədə müzakirələr aparılıb.
Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.
XS
SM
MD
LG