Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

İran Xəzəryanı ölkələrdə qanunsuz balıq ovundan narahatdı


İran Xəzəryanı ölkələrdə balıq ovunun qarşısının alınması üçün xüsusi mühafizə dəstələri yaratmağı təklif edir.
İranın "Şilat" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücdəhidi çərşənbə günü Trend-ə bildirib ki, İranda qanunsuz balıq ovu ilə məşğul olanlarla mübarizə üzrə xüsusi mühafizə dəstələri yaradılıb.
O, rəhbərlik etdiyi təşkilatın nəzdində yaradılan dəstənin ölkədə balıq ovu ilə mübarizənin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Mücdəhidi qeyd edib ki, qvardiya şəklində təşkil olunmuş dəstə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində səmərəli iş qurmağa nail olub.
O, digər Xəzəryanı ölkələrdə də bu kimi mühafizə dəstələrinin yaradılması və fəaliyyəti nəticəsində nəsli kəsilən balıqların qorunmasının təmin ediləcəyinə ümidvar olduğunu bildirib.
Mücdəhidi qeyd edib ki, son illər ərzində İranda ümumi balıq ovu 90%-dək azalıb. Onun sözlərinə görə, 10 il bundan qabaq İran ildə min ton balıq tuturdusa, 2010-cu ildə bu göstərici 100 ton təşkil edib.
İran rəsmisi Xəzərdə nərə balıqlarının tutulmasına qoyulacaq qadağanın balıqların sayının artmasına şərait yaradacağını qeyd edib.
XS
SM
MD
LG