Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Gongadzenin qətli ittihamı Kuchmanın üstündən götürülüb


Kiyevin Peçerski rayon məhkəməsi Ukraynanın keçmiş prezidenti Leonid Kuchmaya qarşı cinayət işini əsassız sayıb.

Kuchmaya cinayət işi 2011-ci ilin martında qaldırılmışdı. Sabiq prezident hakimiyyət və xidməti səlahiyyətini aşmaqla jurnalist Heorhiy Gongadzenin qətlində ittiham olunurdu.

Gongadze Kuchmanın prezidentliyi dövründə (1994-2005) müxalifətdə olan “Ukrainskaya pravda” internet qəzetinin redaktoru olub. O, 2000-ci ildə öldürülüb.

Ukrayna Baş Prokurorluğu qətlin Daxili İşlər Nazirliyinin yüksək rütbəli generalı Oleksiy Pukach və daha üç milis zabitinin həyata keçirdiyini üzə çıxarmışdı. Onlar isə bunu daxili işlər naziri Yuri Kravchenkonun tapşırığı ilə etdiklərini bildiriblər.

Kuçmanın prezidentliyi dövründə onun mühafizəçisi olmuş Mykola Melnychenko qətlin sifarişinin prezident Kuchmadan gəldiyini bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG