Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16

DİN poliklinikasının keçmiş rəisi intihar edib


Dekabrın 14-nə keçən gecə Yasamal rayonu Əhməd Cəlil küçəsi, ev 83 ünvanında alın nahiyəsindən güllə yarası almış meyit aşkarlanıb.

Tədqiqatlar zamanı ölən şəxsin 1961-ci il təvəllüdlü Namiq Ələkbərov olduğu müəyyənləşib. Onun intihar etdiyi bildirilir.

Meyitin yanında «Makarov» tipli tapança aşkarlanıb.

N.Ələkbərov DİN-in 2 saylı poliklinikasının rəisi olub, bir müddət əvvəl təqaüdə çıxıb.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silahları saxlama) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG