Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Belçikadakı hücumla bağlı araşdırmalar davam edir


Belçikada polis Liege şəhərindəki avtobus dayanacağında adamlara silahlı hücumla bağlı araşdırmaları davam etdirir.

Dünən dayanacaqda adamlara atəş açan və qumbara atan şəxs tək olub. Onun adı Norodine Amranidir. Onun özü də ölənlər arasındadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 33 yaşlı Amrani 4 adamı öldürəndən sonra özünü də vurub. Yaralıların sayı isə 124 nəfərdir. Onlardan dördünün vəziyyəti ağırdır.

Rəsmilər hücumun terror olmadığını bildiriblər.

Bu gün Liege şəhərində həlak olanların xatirəsi anılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG