Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

«Statistika Komitəsinin «böyük yalanı», dəm qazından zəhərlənənlər…


Mətbuat icmalı

Mətbuat icmalı

«Bizim yol» qəzeti yazır ki, «Statistika Komitəsinin böyük yalanı üzə çıxdı». Qəzetə görə, «Kənd təsərrüfatı sahəsində 1.4 milyon nəfər deyil, yarım milyon nəfərə yaxın insan çalışır».

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanın nüfuzu, reytinqi və imkanları artıq regiondan daha da geniş üfüqlərə yayılıb».

«Doğurdan da, 20 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanın xarici siyasətində, daxili siyasətində çox mühüm nailiyyətlər əldə edilib. Onların hamısı haqqında danışmağa nə vaxt var, nə də imkan», –deyə yazıda qeyd olunur.

«Exo» qəzetindəki «Qazdan ehtiyatlı olun» sərlövhəli yazıda qeyd olunur ki, qış gələndən bəri 70 nəfər dəm qazından zəhərlənib, 4 nəfər isə ölüb. Bu statistikanı qəzetə Respublika Toksikoloji Mərkəzdən veriblər. Qəzet bədbəxt hadisələrin baş verməsini standartlara uyğun olmayan qaz qızdırıcılarından istifadə və həmin avadanlıqların işlədiyi otaqlarda ventilyasiya sisteminin olmaması ilə izah edir.

«Azərbaycanda siyasi fəaliyyətinə görə heç kəs həbs edilməyib». «Yeni Azərbaycan» qəzetindəki bu yazıda YAP icra katibi, deputat Əli Əhmədovun fikirlərinə yer verilib.

Əli Əhmədov deyib ki, «Amerika Birləşmiş Ştatları üçün bir nəfərin hüquqlarının pozulması faciədir, insan hüquqlarının kütləvi pozulması isə statistikadır».

«Yeni Müsavat» qəzeti Gənclər və İdman naziri Azad Rəhimovun «Eurovision»la bağlı fikirlərinə yer verib. Nazirə görə, ««Eurovision» təbliğatı pis aparılır». Amma o, Avropanı təəccübləndirəcək mahnı müsabiqəsi keçiriləcəyini deyib:

«Əminəm ki, vaxt az qalsa da, «Crystal Palace» hazır olacaq və biz Avropanı təəccübləndirə biləcəyik və birincilik əldə edəcəyik».

Nazir həmçinin alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionun da «Eurovision»a hazırlandığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG