Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:05

Belçikada avtobus dayanacağında adamlara atəş açıb, qumbara atanın adı bəlli oldu


Belçikalı prokuror Daniel Reynders deyib ki, Belçikanın Liege şəhərində avtobus dayanacağında adamlara atəş açan və qumbara atan şəxs tək olub. Onun adı Norodine Amranidir.

Onun özü də ölənlər arasındadır.

Son məlumata görə, o, 3 adamı öldürəndən sonra özünü də vurub.

33 yaşlı Amraninin motivi məlum deyil.

Ancaq prokurorun sözlərinə görə, bu, terror hücumu deyil.

Amrani 2008-ci ildə məhkum olunmuşdu. O, cinayətkar dəstənin üzvü kimi odlu silah gəzdirməkdə ittiham olunurdu.

Belçikanın Liege şəhərində silahlı şəxs avtobus dayanacağındakı adamlara atəş açıb və qumbara atıb.

Ən azı 4 adam ölüb, 75-dən çox adam yaralanıb.
İlkin məlumatlarda hücum edənlərin 2 , hətta 3 nəfər olduğu deyilirdi.
XS
SM
MD
LG