Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

Xəzər dənizi üstündən avtomobil körpüsü


Cənubi Koreya Bakının Şıx qəsəbəsindən Zığ qəsəbəsinədək Xəzər dənizi üzərindən avtomobil körpüsünün tikintisinə dair texniki-iqtisadi əsaslandırmanı Azərbaycana təqdim edib.

Bu barədə «APA-ECONOMICS»ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ji Ha məlumat verib.

Onun sözlərinə görə, sözügedən layihənin texniki-iqtisadi əsaslandırması artıq Nəqliyyat Nazirliyinə təqdim olunub: «Bu, çox bahalı layihədir və körpünün tikintisinin müəyyən hissəsini Azərbaycan tərəfi özü ödəməlidir. Hazırda Koreya tərəfi Azərbaycandan layihə ilə bağlı konkret cavab gözləyir».

Layihələndirmə və tikinti işlərinin ümumilikdə 6 il ərzində yerinə yetiriləcəyi proqnozlaşdırılır. Körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək.

Körpünün altından 40 min tonluq gəmilər keçə biləcək.

Koreya tərəfindən ümumi uzunluğu təxminən 14,5 km olacaq bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG