Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:03

Charles Aznavour: “Ermənistanda daxili soyqırım baş verir”


Charles Aznavour
Charles Aznavour
-
“İndi mənim ölkəmdə daxili soyqırım baş verir. Mən bunu siyasi baxımdan yolverilməz sayıram. Ermənistana nəfəs almağa imkan verməməklə hakimiyyət ölkəni gənclərdən məhrum edir - onlar baş götürüb ölkədən gedirlər. Bu mənada problem artıq siyasi yox, ümumbəşəri xarakter alıb və onu tez bir zamanda həll etmək lazımdır”.

Bunu dekabrın 12-də dünya şöhrətli erməni müğənnisi, Ermənistanın İsveçrədəki səfiri Charles Aznavour bildirib.

87 yaşlı müğənni Moskvadakı son solo konserti ərəfəsində mətbuat konfransı keçirib. (VİDEO)

Aznavour erməni dilini bilməsə də, ömrünün böyük hissəsini Fransada keçirsə də, bir neçə il əvvəl İsveçrəyə köçüb. O, tezliklə səhnədən getməyi düşünür.

Fransız şansonunun canlı əfsanəsi sayılan Aznavur uzun karyerası zamanı Frenk Senatra, Edit Piaf, Luçano Pavarotti kimi karifeylərlə eyni səhnəni bölüşüb.

Onun bəstələdiyi mahnıları Rey Çarlz, Xulio İqlesias kimi məşhur müğənnilər ifa edib.

Aznavur ilk dəfə deyil Ermənistan haqda tənqidi fikirlər səsləndirir. Bu ilin avqustunda o, Fransada nəşr olunan “Nouvelles d'Arménie» jurnalına verdiyi müsahibədə demişdi:

“Ermənistan günü-gündən boşalır. Bu kimə sərf edir? Mafiyanın bir neçə rəhbərinə. Minlərlə bədbəxt adam dünyaya səpələnir. İnsanlara kömək üçün heç bir tədbir görülmür. Əksinə, mən mafiya üzvləri haqda müdhiş hekayətlər bilirəm. Onlar elə edə bilərlər ki, kəndli öz torpağında ac qalsın. Mafiyanın həmin üzvlərini güllələmək lazımdır. Mafiozi olmaq istəyirsiz? Öz mafiyanızı başqa ölkədə yaradın. Bunu öz ölkənizdə etməyin. Bunu öz xalqınıza qarşı etməyin”.

oxuzalı.az
XS
SM
MD
LG