Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:15

Cadügərlik ittihamıyla qadının boynunu vurdular


Azerbaijan - Painting by Azeri artist Hijran Aliyev

Azerbaijan - Painting by Azeri artist Hijran Aliyev



Bazar ertəsi Səudiyyə Ərəbistanında bir qadını boynu vurulmaqla edam ediblər. Daxili İşlər Nazirliyindən bildiriblər ki, Amina bin Abdulhalim Nassar cadügərlikdə günahkar bilinib və edam cəzasına məhkum edilib.

Amnesty İnternational bu edamı tükürpədici qəddarlıq adlandırıb. Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther deyir ki, cadügərlik Səudiyyə Ərəbistanında rəsmən cinayət əməli sayılmır. Odur ki, kiminsə bu ittihamla ən ağır şəkildə edam edilməsi dəhşətli haldır. Amnesty İnternational Səudiyyə Ərəbistanını dərhal edam cəzalarının icrasını dayandırmağa çağırıb.

2 ay öncə, oktyabr ayında isə başqa bir qadın ərini öldürmək və evini yandırmaq ittihamı ilə edam edilmişdi.

Səudiyyə Ərəbistanında ümumilikdə nə qədər qadının edam edildiyi açıqlanmır. Amma Amnesty İnternational təşkilatının hesablamalarına görə, təkcə bu il 73 nəfərin boynu vurulub. 2010-cu ildə krallıqda 27, 2009-cu ildə isə 67 nəfər edam olunmuşdu.

Səudiyyə Ərəbistanında qüvvədə olan şəriət qanunlarına görə, zorlama, qətl, xəyanət, silahlı qarət və narkotik satmağa görə ölüm hökmü nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG