Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan «Time» jurnalının keçirdiyi «İlin adamı» sorğusunda birinci olub.

Ərdoğan 122 min 931 səs yığıb. Türkiyənin Baş nazirindən sonra 74 bin 415 səslə məşhur futbolçu Lionel Messi gəlir.

«Time» jurnalındakı «Xalqın üstünlük verdiyi Rəcəb Tayyip Ərdoğan» başlıqlı yazıda o, islami demokratiyanın təmsilçisi kimi xarakterizə olunur:

«Onun Türkiyənin dünyanın ikinci ən sürətlə inkişaf edən iqtisadiyyatına çatmasında böyük rolu olub. Merilend Universitetinin sorğusuna görə, ərəb olmamasına baxmayaraq, ərəblər arasında ən çox sevilən dünya lideridir».

«Time» jurnalı «İlin adamı»nı hər il seçir. Jurnal ötən il bu ada «Wikileaks»in qurucusu Julian Assange'ı layiq bilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG