Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Yük avtomobilini həddən artıq yükləyənlər cəzalandırılacaq


Dekabrın 13-də Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsini qəbul edib.

Məcəlləyə iriqabaritli nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütləsi parametrlərinin pozulmasını nəzərdə tutan 163-1-ci maddə əlavə edilib.

İriqabaritli avtomobilləri icazə verilən parametrləri aşmaqla yüklədikdə, vəzifəli şəxslər 1200-1500, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunacaqlar.

Həmçinin, fiziki şəxslər onlara məxsus iriqabaritli nəqliyyat vasitələrini bu tələbləri pozmaqla yüklədikdə, 600-700 manat cərimə ediləcəklər.

Eyni hərəkətlər il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə, nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər isə 5500-6000 manat cərimələnəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG