Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:05

Human Rights Watch: “Özbəkistanda işgəncələr davam edir”


Human Rights Watch deyib ki, Özbəkistan ötən illər qanunvericilikdə islahatlar aparılmasına baxmayaraq, öz vətəndaşlarının müdafiəsinə nail ola bilməyib.

Təşkilat bu gün Özbəkistanda insan haqları ilə bağlı yeni hesabatını açıqlayıb. Hesabatda deylir ki, işgəncələr geniş yayılması davam edir. hüquq müdafiə fəalları həbsxanaya atılır və vəkillər susdurulur.

Hesabat Özbəkistanda 2009-2011-ci illər arasında 100--dən çox götürülmüş müsahibələr əsasında hazırlanıb.

Human Rights Watch deyib ki, "siu-istifadə hallarının və repressiyanın rekord həddə çatmasına baxmayaraq", Özbəkistanın qonşu Əfqanıstana ğörə strateji müttəfiq olduğu müddət ərzində ABŞ, Avropa Birliyi və Avropa ölkələrinin ayrı-ayrı liderlərinin Daşkənddə insan hüquqları ilə bağlı mövqeləri kəskin zəifləyib.
XS
SM
MD
LG