Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:37

ABŞ İrandan pilotsuz təyyarəsini geri istəyir


ABŞ prezidenti Barack Obama xahiş edib ki, İran Amerikanın pilotsuz təyyarəsini geri qaytarsın.

İraqın baş naziri Nuri al-Maliki ilə birgə mətbuat konfransı keçirən Obama deyib ki, onlar pilotsuz təyyarəni geri istəyiblər. "Biz İranın necə cavabını görəcəyik" deyə Obama bildirib.

Dekabrın 11-də İran İnqilab Qvardiyasının generalı Hossein Salami deyib ki, onlar təyyarəni geri qaytarmaq niyyətində deyillər.

Dekabrın 8-də İran rəsmiləri bildirmişdilər ki, onlar Əfqanıstanla 225 km-lik sərhəd ərazidə ABŞ kəşfiyyatına məxsus “RQ-170” tipli pilotsuz təyyarəni vurub salıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG