Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:54

Dini qadağaları sərtləşdirən qanun imzalanıb


Prezident İlham Əliyev dini qadağaları sərtləşdirən qanunu imzalayıb. Dəyişikliyi Milli Məclis ötən ay qəbul etmişdi.

İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib.

Yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi qadağandır.

O cümlədən, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması qadağan edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasına da icazə verilmir və bu əmələ yol verdikdə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
XS
SM
MD
LG