Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Rusiyadakı seçki pozuntuları Avropa Birliyi ilə sammitdə müzakirə olunacaq


Avropa Birliyi ilə Rusiya arasında bu həftə keçiriləcək sammitdə parlament seçkiləri də müzakirə mövzusu olacaq. Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashtonun sözçüsü bu gün bu haqda açıqlama verib.

Açıqlamada prezident Dmitri Medvedevin 4 dekabr parlament seçkilərindəki pozuntu iddialarını araşdırmaqla bağlı qərarı da alqışlanır.

Bazar günü Rusiya prezidenti Dmitry Medvedev Facebook səhifəsində müxalifətin təkrar seçki tələbini rədd edib, amma pozuntuların araşdırılacağını bildirmişdi.

Müxalifət liderlərindən Boris Nemtsov prezidentin mesajını gülməli adlandırıb.

Dekabrın 4-də keçirilən seçkilərdə hakim Vahid Rusiya partiyası parlamentdəki yerlərin yarısına kimisini əldə edib, ancaq müxalifət və beynəlxq qurumlar seçkilərdə total saxtakarlıqlar olduğunu bildirib.

Şənbə günü 10 minlərlə adam Moskvada təkrar seçki tələbi ilə mitinq keçirib.
XS
SM
MD
LG