Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

Rus milyarderi prezident seçkisində Putinə rəqib olacaq


Rusiyanın ən varlı şəxslərindən biri – milyarder Mikhail Prokhorov gələn il keçiriləcək prezident seçkilərində Vladimir Putinə rəqib olacağını açıqlayıb:

“Mən qərar vermişəm və bu sözsüz ki, həyatımın ən ənəmli qərarıdır. Mən prezident seçkilərinə qatılacam. Bildiyiniz kimi, Kreml məni və yoldaşlarımı Doğru İş hərəkatından uzaqlaşdırdığı üşün biz məqsədimizə çata bilməmişdik. Yolun yarısında dayanmaq isə mənim xasiyyətimə düz gəlmir”.


Polys Gold metal çıxarma şirkətinin sahibi olan Prokhorov Forbesin siyahısına görə, Rusiyanın ən varlı 5 adamından biridir və 2010-cu ildə 18 milyard dollarlıq varidatı var idi

Prokhorov həmçinin biznesmenlərin yaratdığı Pravoe Delo partiyasının da rəhbəridir və partiya Prokhorovun sentyabr ayındakı istefasından sonra ancaq 1 faiz səs yığa bilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG