Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:21
«Mən Mərkəzi Seçki Komissiyasının sədri kimi deyə bilərəm ki, Rusiya vətəndaşlarının konstitusion hüquqlarını yerinə yetirməsi, yəni onların müstəqil səs verməsi üçün məntəqələrdə bütün şərait yaradılmışdı».

Azərbaycan MSK sədri Məzahir Pənahov AzadlıqRadiosunun Rusiyadakı seçkilər haqda sualına cavab olaraq belə deyib:

«Bu, reallıqdır. Orda kifayət qədər namizəd vardı, namizədlərin müşahidəçiləri və beynəlxalq müşahidəçilər vardı. Səsvermə prosesini səhərdən axşamadək izlədik. Səsvermənin nəticəsinə təsir edəcək qanun pozuntusunu biz görmədik».

Amma MSK sədri qanun pozuntularını da istisna etməyib:

«Rusiyanın 105 milyon seçicisi, 100 mindən artıq məntəqəsi var. O məntəqələrdə qanun pozuntusundan heç kim sığortalanmayıb. Amma əsas məsələ odur ki, komissiya Məcəllənin tələbinə uyğun olaraq düzgün qiymət versin, düzgün nəticələr çıxartsın. Lazım olan yerlərdə nəticələr ləğv oluna, komissiya üzvləri cəzalandırıla bilər».

Rusiyadakı seçkiləri Məzahir Pənahovla yanaşı, Azərbaycan MSK-nın daha beş üzvü də izləyib.

Rusiya Dövlət Dumasına seçkilərdən müxalifət narazıdır və ötən həftəsonu böyük şəhərlərdə mitinqlər keçirilib. Rusiya müxalifəti MSK sədrinin istefasını və təkrar seçkilər tələb edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG