Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:02

Azərbaycanın Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında işçilərin dələduzluğundan sığortalanma üzrə 382,3 min manat sığorta haqqı toplanıb.

Ötən müddət ərzində belə hallardan sığortalanan təşkilatlara dələduzluq hallarına görə 6 600 manat sığorta ödənişi edilib.

Sığorta şirkətlərindən bildirilib ki, bu sığorta növünə ən çox banklar maraq göstərir. Bu növ üzrə ödənişlərin olması isə bankların narahatlığının əsassız olmadığını göstərir.

Bankların son vaxtlar maraq göstərdiyi digər sığorta növü sənədlərin saxtalaşdırılması risklərinə aiddir. İlin əvvəlindən indiyədək bu sığorta növü üzrə 17,2 min manat sığorta haqqı yığılıb.

Sığorta haqları üzrə məlumatlar kreditlərin qaytarılmaması risklərinin azaldığını göstərir. Belə ki, bu ilin ilk 10 ayında kreditlərin sığortalanması üzrə 110 min manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə azdır.

Peşə məsuliyyətinin sığortasına da maraq azalıb. Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə 116,7 min manat sığorta haqqı toplandığı halda, 2011-ci ilin eyni dövründə bu sığorta növü üzrə yığım 2,8 dəfə az olub.

Sığorta şirkətlərindən verilən məlumata görə, bu sığorta növünə adətən risk ehtimalı böyük olan peşə sahibləri - həkimlər və auditorlar maraq göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG