Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzərTac-a müsahibə verib.

Novruz Məmmədov ABŞ dövlət katibi Hillary Clintonun 2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə verdiyi bəyanatda Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib:

«Bu, çox maraqlı bəyanatdır. Deyərdim ki, bir neçə səbəbdən maraqlıdır. Əvvəla, qeyd etməliyəm ki, insan haqları mövzusunda diskussiyalar, heç şübhəsiz, müasir aləmdə çox böyük əhəmiyyət kəsb edir və bu hüquqları müdafiə etməyə çalışmaq tamamilə normal haldır. Lakin məgər insan haqları öz əhəmiyyətinə görə müxtəlif kateqoriyalara bölünürmü?».

Novruz Məmmədov bildirib ki, ABŞ Dövlət Departamenti erməni təcavüzünün qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması məsələsinə tamamilə etinasızlıq göstərir:

«Əgər bu, Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar? Nə üçün bu barədə heç kəs ciddi bəyanatla çıxış etmir?».

Beynəlxalq İnsan Haqları Günü münasibətilə Hillary Clintonun Zimbabve ilə yanaşı, Azərbaycanın adını çəkməsinə münasibət bildirən Novruz Məmmədov deyib:

«Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanmışlar. Lakin ya onlar bu əlifbanı pis öyrənmişlər, ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik. İndiki halda bütün arqumentlər göz qabağındadır. Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var. Amerika məhz bu cür münasibət nümayiş etdirir və bu xəttə sadiq qalacağını hər dəfə sübut edir».

Novruz Məmmədov Ermənistanda keçirilən seçki zamanı ABŞ-ın tutduğu mövqeyə də münasibət bildirib:

«Hətta Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaqdır. Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri vardır və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində isə yalnız müsbət rəy bildirməyə məcbur edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG