Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Avronun məzənnəsi yenə düşdü


Bu gün avro dollara nisbətən 0,5 faiz düşüb. Reuters yazır ki, buna səbəb Avropa Birliyi və avrozona rəhbərliyindən gözlənilən qəti addımların atılmamasıdır.
Hazırda avro 1,33 dollardır.

Reuters yazır ki, bazardakı möhtəkirlər hazırda avro üzrə qısa mövqe tuturlar, yəni avronu satırlar. Onlar avronun dollara nisbətdə 1,3250 və 1,3145
qiymətlərini gözləyirlər.

Agentlik təhlilçilərə istinadən yazır ki, çox güman, Avropa iqtisadiyyatı tənəzzülə gedir.
XS
SM
MD
LG