Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Suriyada bələdiyyə seçkiləri keçirilir


Suriyada gərgin vəziyyətə baxmayaraq bu gün bələdiyyə seçkiləri keçirilir. 17 min yerə 43 min adam namizədliyini irəli sürüb.

Homs əyalətində və başqa şəhərlərdə hökumət qoşunları ilə etirazçılar arasında qarşıdurmalar davam edir. Hüquq müdafiəçiləri bildirir ki, Homs və İdlib əyalətlərində hökumət qoşunları yaşayış evlərini atəşə tutulur.

Suriyada prezident Bashar Assad əleyhinə etiraz aksiyaları bu ilin martından keçirilir. BMT-nin məlumatına görə, indiyə qədər baş verən qarşıdurmalarda 4 mindən artıq adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG