Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:54

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib


Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət ediblər.

Heydər Əliyevin vəfatından 8 il ötür. Azərbaycanda Heydər Əliyevin anım mərasimləri təşkil olunub.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan prezidenti postuna seçilib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.
XS
SM
MD
LG