Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Suriya qoşunları daha bir şəhərə girib


Suriya qoşunları İordaniya ilə sərhəddə yerləşən Busra al-Harir şəhərinə girib. Reuters agentliyinin xəbərinə görə, şəhərin bir neçə kilometrliyində atəş səsləri eşidilib. Ölən və yaralananlar haqqında məlumat yoxdur.

Bundan başqa müxalifət fəallarının Dəməşq və daha bir neçə şəhərdə tətillər keçirdiyi haqqında xəbərlər var. Suriyalı hüquq müdafiəçiləri bildirir ki, hərbçilər və polislər ticarətçilərə mağazaları açıq saxlamağa məcbur edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG