Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

3 gün əvvəl Xəzərdə itkin düşən balıqçılar xilas ediliblər


Foto arxiv
Foto arxiv
Bu barədə APA agentliyi Azərbaycan Dövlət Dəniz Administrasiyasına istinadla xəbər verir.

Dekabrın 8-də Rusiya sərhəddinin yaxınlığında, sahildən təxminən 18 km aralıda motorlu qayıqlarla balıq tutan Azərbaycan vətəndaşları Ramil Həsənov, Məhərrəm Hüseynov və
Elman Əhmədov pis hava şəraitində itkin düşmüşdülər.

Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və Dövlət Sərhəd Xidmətinin birgə keçirdikləri əməliyyat nəticəsində onların olduğu ərazi müəyyən edilib və həmin ərazidən keçən bütün gəmilərə lazımi göstəriş və təlimatlar verilib.

Nəticədə Ramil Həsənov dekabrın 10-da Rusiya bayrağı altında üzən “Ulus Briz” gəmisi, Məhərrəm Hüseynovıa Elman Əhmədov isə ertəsi gün “Orient-5” gəmisi vasitəsilə xilas ediliblər.

Onlar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

Azərbaycanın Dövlət Dəniz Administrasiyası köməyə görə, Rusiya tərəfinə təşəkkürünü bildirib.
XS
SM
MD
LG