Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

MSK Vladimir Çurovun istefasıyla bağlı təklifi rədd edib


Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləri komissiyanın rəhbəri Vladimir Çurovun istefa məsələsinə baxmaqdan imtina ediblər.

Komissiyanın Kommunist partiyasından olan üzvü Kiril Serdyukov məsələni gündəliyə salmağa çalışıb.

O dünənki etiraz mitinqləri xatırladıb və bildirib ki, aksiyaçıların adından yox, Kommunist partiyası mərkəzi komitəsinin tapşırığı ilə çıxış edir.

Amma təklif əksəriyyət səslə rədd edilib, lehinə cəmi iki adam səs verib.

Dünən Rusiyanın 80-dən çox şəhərində Duma seçkilərinə etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Aksiyalarda 10 minlərlə adam iştirak edib.

Müxalifət dekabrın 4-də keçirilmiş seçkinin nəticələrinin ləğvini, MSK sədri Vladimir
Curovun istefasını, bütün siyasi məhbusların azad edilməsini, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsini tələb edir.
XS
SM
MD
LG