Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Azərbaycan siyasətçiləri Moskvadakı mitinq barədə


Moskvada etirazlar, 10 dekabr 2011

Moskvada etirazlar, 10 dekabr 2011

-

Dekabrın 10-da Moskvada da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərində parlament seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Azərbaycanın siyasi dairələrində Rusiyada cərəyan edən proseslərə münasibət fərqlidir.

  • AXCP sədri Əli Kərimli:
Əli Kərimli

Əli Kərimli

- Dünyada başlayan demokratikləşmə dalğasının Rusiyadan da yan keçməyəcəyi məlum idi. Amma belə tez zamanda bu ölkədə müxalifətin böyük gücə çevrilməsi ciddi bir hadisədir.

Bu ölkədə pis və yaxşı nə baş verirsə, hamısı Azərbaycan da daxil olmaqla qonşu ölkələrə təsir edir. Rusiyada avtoritarizm möhkəmlənəndə, bu, Azərbaycana çox neqativ təsir göstərmişdi.

Rusiyada demokratiya inkişaf edəndə, Boris Yeltsinin hakimiyyəti zamanı - 1992-ci illərdə Xalq Cəbhəsi də Azərbaycanda demokratik yolla hakimiyyətə gələ bilmişdi. İndi Rusiyada baş verənlər demokratiyanın lehinə olduğundan hesab etmək olar ki, bu, Azərbaycanda və digər ölkələrdə başlayan proseslərə təkan verəcək.

  • Müsavat başqanı İsa Qəmbər:
İsa Qəmbər

İsa Qəmbər

- Mən Rusiyada baş verənləri izləyirəm. Biz dekabrın 10-da İctimai Palata adından Rusiyada xalqın, cəmiyyətin azad seçkilər uğrunda mübarizəsinə dəstək verdiyimizi bəyan etdik.

Xalqın öz hüquqları uğrunda mübarizəyə qalxması, saxta seçkilərlə barışmayıb yeni seçki tələb etməsi həddən artıq önəmli bir hadisədir.

Artıq dünyada gedən azadlıq və demokratiya prosesləri cənubda İranı, şimalda Rusiyanı əhatə etməkdədir. Hesab edirəm ki, bu proseslər regiona və o cümlədən Azərbaycanda da gedən proseslərə öz təsirini göstərəcək.

Azərbaycan hakimiyyəti öz siyasətində Rusiyanın avtoritar rejiminə indeksləşdiyindən bu ölkədə baş verənlər Azərbaycanda da hakimiyyət dairələrinə ciddi təsir edəcək.

  • Millət vəkili Fuad Muradov:
Fuad Muradov

Fuad Muradov

- Mən Moskvada baş verənləri izləyə bilməmişəm. Amma eşitmişəm ki, müəyyən narazılıqlar var. Amma filan yerdə nə baş verirsə, bu, mütləq Azərbaycanda da olmalıdır, mən bununla qəti razı deyiləm. Biz baxmalıyıq bunun səbəblərinə.

Problem olan ölkələrdə müəyyən səbəblər olub. Biz o səbəbləri bilirik. Mən Tunisdə, Misirdə olan hadisələri araşdırmışam. O, ölkələrdə baş verənlərin Azərbaycanla heç bir oxşarlığı yoxdur.

Düşünmürəm ki, Moskvada baş verənlər harasa sıçraya bilər. Mən bir neçə gün əvvəl Medvedevin fikirlərini dinlədim. O deyirdi ki, bu, normal haldır, insanlar qanun çərçivəsində öz fikirlərini bildirməlidirlər.

Azərbaycan insanlarının fikri, iqtisadiyyatın uğuru və bir çox başqa amillər var ki, bizi kiminləsə müqayisə etməyə ehtiyac yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG