Keçid linkləri

Təcili xəbərlər

Yeni (köhnə) vasitəçi gəlir!


ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı
ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı
ATƏT Xarici İşlər Nazirləri Şurasının bu həftə Vilnüsdə keçirilən 18-ci toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyiş qeydə alınmadı. Əslində hansısa irəliləyişin olacağı da gözlənilmirdi. Bundan öncə Qazaxıstanın ATƏT-dəki sədrliyi necə sakit keçdisə, Litvanın sədrliyi də Qarabağ münaqişəsinin həllinə yenilik gətirmədi. ATƏT-ə sədrlik İrlandiyaya keçir...

QAZAXISTAN, LİTVA, İNDİ DƏ İRLANDİYA

Vilnüsdə Dağlıq Qarabağ münaqişəsindən söhbət açılıb, hətta ortaq bəyanat da qəbul olunub. ABŞ, Rusiya və Fransa nümayəndə heyətləri adından Dövlət katibi Hillary Clinton, Xarici İşlər naziri Sergey Lavrov və Avropa məsələləri üzrə nazir Jean Leonetti'nin, həmçinin Elmar MəmmədyarovEdvard Nalbandyanın imzaladığı ortaq bəyanatda münaqişənin sülh yolu ilə həllinin vacibliyi bir daha təsdiqlənib. Ancaq Vilnüsda və qəbul olunan bəyanatda Madrid və ya Genişləndirilmiş Madrid planından danışılmayıb. Yəni, deyilməyib ki, bu planın qəbulu vacibdir və ya haqqında söhbət açılan plan münaqişənin həllini sürətləndirə bilər. Bəyanatda yalnız Minsk Qrupu həmsədr dövlətləri prezidentlərinin 2011-ci ilin may ayında qəbul etdikləri Davil bəyanatı xatırladılıb. Bu isə ondan xəbər verir ki, həmsədr dövlətlərin əvvəlkitək Madrid planını Ermənistana qəbul etdirmək fikirləri yoxdur. Əks halda, masa üzərindəki həll planının həyata keçirilməsi yolları haqqında Vilnüsda ciddi fikir mübadiləsi olardı.

Həmişə olduğu kimi, Vilnüs bəyanatında da nümayəndə heyətlərinin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığı ifadəsi vurğulanıb.
Qarabağda hərbi təlimlər
Qarabağda hərbi təlimlər
Elmar Məmmədayrov bəyanatın bu müddəsına sorğu sualsız razılaşıb. Ümumiyyətlə, müharibə ritorikasının Azərbaycanın hakimiyyət mənsublarının dillərində azaldığını müşahidə etmək mümkündür. Qərb dövlətlərinin liderləri və tanınmış ekspertləri Cənubi Qafqazda başlana biləcək növbəti müharibənin böyük təlatümlərə yol aça biləcəyini bir ağızdan söyləyirlər. Son zamanlar bu fikri rəsmi Bakı da bölüşməyə başlayıb. Həqiqətən, enerji resurslarının istismarı və nəqli, o cümlədən yeni layihələrin müzakirəsi, İrana qarşı sanksiyalar, ona qarşı hava zərbələri mövzusunun aktuallaşması Qarabağda müharibə ehtimalını minimuma endirir.

MEDVEDEV QARABAĞ ESTAFETİNİ PUTİNƏ VERMƏYƏ HAZIRLAŞIR

Rusiya prezident seçkisinə hazırlaşır. Odur ki, Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşünü gözləmək əbəsdir. Medvedev estafeti Vladimir Putinə verməyə hazırlaşır. Rusiyada martda prezident seçkiləri yekunlaşandan sonra haradasa aprel və may aylarında Kreml yenidən təkbaşına vasitəçilik imkanlarını işə sala bilər. Ancaq bu, nə münaqişənin ədalətli həllini sürətləndirəcək, nə də Kremlin yeni sahibinin vasitəçiliyinin Azərbaycana xeyri
Prezidentlərin Kazan görüşü, 24 iyun 2011
Prezidentlərin Kazan görüşü, 24 iyun 2011
olacaq.

Medvedev 3 il çalışdı, prezidentləri 10 dəfə bir araya gətirdi, ancaq heç nəyə nail olmadı. İndi isə gələcək danışıqlara böyük ehtimalla Putin vasitəçilik etməlidir. O isə Ermənistana Medvedevdən də çox önəm verir. Kreml üçün əvvəlkitək Ermənistanı əldə və Rusiyadan asılı vəziyyətdə saxlamaq, Azərbaycanın haqlı istək və maraqlarını nəzərə almaqdan, xırda para qaz anlaşmaları imzalamaqdan daha vacibdir.

Rusiyanın vasitəçiliyinin işə yaramadığını anlayan Azərbaycanın siyasi və ictimai dairələri digər iki həmsədr – ABŞ və Fransadan fəallıq gözləyir. Ancaq hələ ki, Vaşinqton və Paris Qarabağ estafetini Kremldən geri almaq istəmirlər. Buna baxmayaraq, Qarabağ məsələsində Medvedevə xeyli sərbəstlik verən Vaşinqton və Parisin eyni sərbəstliyi Kremlin yeni sahibinə verəcəyi bəlli deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG