Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Cümə günü Suriyada azı 64 adam öldürülüb


Cümə günü Suriyanın paytaxtı Dəməşq və Homs şəhərində daha 41 adam öldürülüb.

Yerli hüquq müdafiəçiləri ölənlərdən 7-nin uşaq olduğunu xəbər verirlər.

Onların sözlərinə görə, hökumət qoşunları mühasirədə olan Homs şəhərinə həlledici hücuma hazırlaşır.

Birləşmiş Ştatlar Suriya hakimiyyətini təcili beynəlxalq müşahidəçilərin ölkəyə buraxılmasına şərait yaratmağa çağırıb.

Həmçinin cümə günü Hama, Duma və Saqba şəhərlərində azı 23 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 4 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG