Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:01

Ban Ki-moon Assada qiyabi cavab verib ki, 4 min adamın ölməyi çox etibarlı informasiyadır


Suriyanın Homs vilayətində bu gün hökumət qoşunları və təhlükəsizlik qüvvələri 18 etirazçı öldürüblər.
Bu məlumatı verən müxalifət bildirir ki, Suriyada bu gün ölənlərin ümumi sayı azı 32 nəfərdir.

BMT-nin məlumatına görə, Suriyada bu ilin əvvəlindən 4 min adam öldürülüb.
Suriya prezidenti Bashar Assad isə deyir ki, BMT etibarlı informasiya mənbəyi deyil.

Bu gün BMT-nin baş katibi Ban Ki-moon Assad-ə qiyabi cavab verib ki, 4 mindən çox adamın ölməyi çox etibarlı informasiyadır.

Bu gün Avstriyanın xarici işlər naziri Spindelegger deyib ki, Assad yubanmadan istefaya getməlidir.
XS
SM
MD
LG