Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Türkiyənin Azərbaycandakı səfirliyi İ.Əliyevin İstanbul hava limanında saxlanılması ətrafında məlumatlara münasibət bildirib


Türkiyənin Azərbaycandakı səfirliyi hüquqşünas İntiqam Əliyevin İstanbulun Atatürk Hava Limanında saxlanılması ilə bağlı məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “2011-ci il 6 dekabr tarixində hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür.

Digər tərəfdən bir çox jurnalistin səfirliyimizlə heç bir əlaqəsi olmayan bu hadisəni ümumiləşdirərək “Türkiyə…” adından istifadə etməsini və təxribatçı üslubda yazılar yazmasını pisləyirik. Bu cür yazılar ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri yanlış istiqamətə yönəltməklə qalmayıb, eyni zamanda qardaşlıq əlaqələrinə qarşı da böyük bir haqsızlıqdır.

Bir nəfərin yaşadığı və hər iki ölkədə də meydana gələ biləcək belə bir hadisəni, başqa bir müsdəviyə daşıyaraq Türkiyə-Azərbaycan əlaqələrini bir sıra hesablara-mənfəətlərə alət etməyin jurnalalistika etikasına uyğun olmadığını düşünürük.

Nəticədə, səfirliyimizlə əlaqəsi olmayan və təəssüf hissi ilə qarşılanan belə bir hadisəni öz miqyasında dəyərləndirmək lazımdır.

Türkiyənin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi bundan sonra da ölkələrimiz və xalqlarımız arasındakı mükəmməl qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi yönündəki çalışmalarına davam edəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG