Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

Moskva hakimiyyəti müəllim və şagirdlərin mitinqə getməsinin qabağını almağa çalışır


Rusiya mediasının məlumatına görə, Moskva şəhər hakimiyyəti məktəblərin 9-11-ci sinif şagirdlərinə və müəllimlərə bildirib ki, şənbə günü səhərdən günortaya kimi məktəblərində olsunlar.
Bununla şagirdlərin və müəllimlərin müxalifətin mitinqinə getməsinin qabağını almağa çalışırlar.

Moskva məktəblərində yuxarı sinif şagirdləri adətən şənbə günü səhər məktəbə getmirlər.

Müxalifət Dumaya seçkilərdəki pozuntulara etiraz olaraq şənbə günü Moskvada kütləvi mitinq etmək istəyir. Hakimiyyət nümayişə icazə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG