Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36
Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib.

Bu barədə «APA»ya Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.

Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları, onlara yazılmış cavab məktubları və s. ibarətdir:

«Məxfi sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bunlar çox mühüm sənədlərdir. Bu sənədlər vasitəsilə Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün olacaq».

F.Ələkbərli deyib ki, məxfi sənədlər müxtəlif dillərdədir:

«Onların arasında monqol, türk, qədim uyğur, ərəb, latın, italyan dillərində olanlar var. Həmin sənədləri araşdırmaq asan iş deyil. Bu, ən azı bir neçə il vaxt aparacaq. Məktubların çoxu diplomatik məktublardır. Onları tədqiq edəndə həmin dövrün tarixini, siyasi mühitini dərindən araşdırmaq lazımdır. Bu işdə tarixçilər və müxtəlif dilləri bilən mütəxəssislər iştirak etməlidirlər. Sənədlər tam tədqiq olunandan sonra dərc ediləcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG