Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:43

Avropa Birliyi avrozona ölkələrinə güzəştə getdi


Avropa Birliyi liderləri razılaşıblar ki, Birliyin avrodan istifadə edən üzvləri öz aralarında razılığa gələ bilərlər, buna bütün Birlik üzvlərinin razılığı lazım deyil.

Hazırda avrodan Birliyin 17 üzvü istifadə edir, Avropa Birliyinə isə 27 ölkə daxildir. Avropa Birliyinin müqaviləsini dəyişdirməyə bütün 27 ölkənin razılığı tələb olunur.

Birliyin sammitində çıxış edən rəsmilər bildiriblər ki, avrodan istifadə edən ölkələr mart ayına yeni müqaviləni razılaşdıra bilərlər, bu müqaviləyə sonradan avroya qoşulmaq istəyən digər ölkələr də imza ata bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG