Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

Azərbaycanın kölgə iqtisadiyyatı nə boydadır?- Müzakirə (Yenilənir)


AzadlıqEko yeni müzakirəyə başlayır.

Kölgə iqtisadiyyatı Azərbaycanda nə böyüklükdədir?
Burda nə qədər adam çalışır?
Burda neçə manatlıq Daxili Məhsul istehsal olunur?
Bu, Ümumi Daxili Məhsulun nə qədəridir?


İqtisadçı ekspert Natiq Cəfərli:


1) Bəzi beynəlxalq və yerli ekspertlərin rəyinə görə, Azərbaycanda iqtisadiyyatın 60% “kölgədədir”. Bu rəqəmi nə təsdiq, nə də inkar etmək mümkün deyil. Çünki, Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri heç də hər vaxt düzgün olmur.

Ölkə haqqında, real, doğru-dürüst rəqəmlər olsa, “kölgə” iqtisadiyyatının həcmini təqribi də olsa, hesablamaq olar. Amma bəzi birbaşa və dolayı hesablamalar onu göstərir ki, qeydiyyatsız iqtisadiyyatın həcmi böyükdür. Bu əsasən, tikinti, ticarət, nəqliyyat, ictimai iaşə sahələrində üstünlük təşkil edir.

2) Əgər nəzərə alsaq ki, ölkədə 4,3 milyon potensial işçi qüvvəsi var, lakin, bunun cəmi 1,6 milyonu rəsmi qeydiyyatlı çalışır, onda bu sahədə yüz minlərlə insanın çalışdığını təxmin etmək olar. Əsasən, dövlətin apardığı təmir-tikinti işlərində, ticarətdə, kafe və restoranlarda qeydiyyatsız çalışanlar üstünlük təşkil edir.

3) 2010-cu ildə ölkədə 41 574,7 mln. manatlıq ÜDM istehsal olunub. Təbii, bunun böyük bir hissəsi neft və qaz sektorunun payına düşür. Bu sahələrdə isə, qeydiyyatsız, “kölgə iqtisadiyyatı” anlayışına daxil olan əməliyyatlar, ancaq ölkə işində, yəni, Azərbaycan ərazisində satılan neft və qaz məhsullarında ola bilər, və yəqin ki, mövcuddur. Amma təqribi hesablamalara görə, əgər “kölgə iqtisadiyyatı” minimuma ensə, ÜDM-də nəzərəçarpacaq, təqribən, 7-8 mlrd. manatlıq artım ola bilər.

4) Əgər təqribi hesablamalarımız həqiqətə yaxındırsa, “kölgə iqtisadiyyatının” ümumi ÜDM-də payı, 20-25% olmalıdır, və bu çox böyük bir rəqəmdir. Bunun səbəbi isə, çox sadədir, korrupsiya və inhisara dayanan, bu əyrilikləri düşünülmüş şəkildə tətbiq edən, öz idarə etmə formasına çevirən hakimiyyət sistemidir.

Sizin fikrinizcə, kölgə iqtisadiyyatı nə böyüklükdədir?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG