Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:40

İntiqam Əliyevə görə Türkiyə nazirliklərinə müraciət olunub


Dekabrın 6-da İstanbul aeroportunda saxlanmış, fiziki və mənəvi zorakılığa məruz qaldığını deyən vəkil İntiqam Əliyevin Türkiyəyə girişinə məhdudiyyət qoyulmaması üçün həmin ölkənin dövlət qurumlarına müraciət olunub.

Müraciəti Norveçdə yerləşən İnsan Haqları Evi Fondu edib.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İntiqam Əliyev dekabrın 6-da İstanbul aeroportunda saxlanıb, dekabrın 7-də axşam Bakıya deportasiya olunmamışdan bir saat əvvəl polis tərəfindən döyülüb. O, Bakıya dekabrın 8-də səhər tezdən çatıb.

İntiqam Əliyev deyir ki, aeroportdan keçərkən pasportunun ona verilməməsinə etiraz edib, polis isə bunu təhqir kimi qəbul edib. Nəticədə o, 24 saatdan çox saxlanıb və bir neçə dəfə döyülüb, Türkiyədən deportasiya olunub.

Bəyanatda qeyd olunur ki, İntiqam Əliyev məhz Norveç İnsan Haqları Evinin köməyi ilə vəkillə təmin olunub. Təşkilat beynəlxalq ictimaiyyəti məsələdən xəbərdar edib.

Qurum Türkiyə Xarici İşlər və Daxili İşlər nazirliklərinə, Norveçdəki Türkiyə səfirliyinə məktublar göndərib.
XS
SM
MD
LG