Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:41

Hillary Clinton despotik rejimlərə nəzarətçi kompyuter proqramı satan firmalara xəbərdarlıq edib


ABŞ dövlət katibi Hillary Clinton internet və kompyuter proqramları hazırlayan firmalara xəbərdarlıq edib ki, despotik rejimlər üçün "məhdudlaşdırıcı vasitə" təklif etməkdən çəkinsinlər.

Niderlandda internet azadlığı ilə bağlı beynəlxalq konfransda çıxış edən Clinton deyib ki, bəzi vaxtlarda avtoritar hakimiyyətlərə internetdə müşahidə proqramları və digər texnoloji vasitələr satan kompaniyalardan kömək gəlir:

- Bu gün avtoritar hökumətlərə repressiya imkanlarının yaradılmasına xidmət edən proqramlar satılması barədə məlumatlar var. Kompaniyaların Suriyanın və ya İranın, əvvəl Liviyanın təhlükəsizlik strukturlarına satdığı nəzarətçi proqramlardan heç şübhə olmasın ki, insan hüquqlarının pozulması üçün istifadə ediləcək.

Clinton deyib ki, onlarda olan məlumatlara görə, kompaniyalar dissidentlər və ya sosial şəbəkələrdəki siyasi müzakirələrdə fəal olanlarla bağlı həssas informasiyaları hökumətə yönəldirlər.
XS
SM
MD
LG