Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:44

Kəmaləddin Heydərovdan «xruşşovka» açıqlaması, növbəti əfv fərmanı...


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti Bakıdakı köhnə binaların söküləcəyini yazır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib ki, Bakıdakı bəzi binaların, xüsusilə də «xruşşovka» adlanan binaların konstruksiyası zəifdir. Araşdırmalardan sonra FHN həmin binaların bərpası, yaxud sökülməsi üçün hökumət qarşısında təkliflə çıxış edəcək.

«Azadlıq» qəzeti yazır ki, Prezident yanında Əfv Məsələləri Komissiyası siyahı hazırlayır.

Bu «APA»ya Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, siyahı üzərində iş getdiyini bildirsə də, növbəti əfv fərmanının nə vaxt veriləcəyi barədə məlumata malik olmadığını vurğulayıb.

«Yeni Azərbaycan» qəzeti yazır ki, səhiyyə işçilərinin əməkhaqqının artırılması haqda İlham Əliyevin dekabrın 6-da imzaladığı sərəncam ölkənin tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

«Bizim yol» qəzeti ötən il Kür çayının daşmasından zərər çəkən əhalinin bir hissəsinin hələ də kompensasiya ala bilmədiyindən və evlərinin təmir olunmamasından yazır. «Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Güləliyev hökumətin gördüyü işlərin yarıtmazlığı ucbatından insanların tövlədə yatmalı olduğunu bildirir.

Ölkənin xarici ticarət dövriyyəsi 9 faiz artıb. «Azərbaycan» qəzeti yazır ki, cari ilin 10 ayında ölkənin dövlət və qeyri-hökumət təşkilatları, eləcə də ayrı-ayrı fiziki şəxslər 147 xarici dövlətlə 29.8 milyard dollarlıq ticarət əməliyyatı aparıblar. Əmtəə mübadiləsinin 4.6 milyard dolları MDB üzvləri, 25.6 milyard dolları isə s. ölkələrlə həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG