Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

Medvedev deyir ki, Duma yeni tərkibdə işə başlamalıdır


Dekabrın 4-də keçirilmiş seçkilərlə bağlı etiraz və pozuntularla bağlı şikayətlərə baxmayaraq Duma yeni tərkibdə fəaliyyətə başlamalıdır.

Bunu Rusiya prezidenti Dimitri Medvedev cümə axşamı Praqada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, əgər insanlar seçkiylə bağlı nə isə deyirsə bu normal haldır, etiraz aksiyaları isə demokratiyadan xəbər verir.

Medvedev eyni zamanda pozuntularla bağlı araşdırma aparılmasının vacibliyini qeyd edib.

Medvedev hazırda Çexiyada rəsmi səfərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG