Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:17

İran ABŞ-ın virtual səfirlik ideyasının keçmədiyini deyir


İran 2 gün bundan əvvəl Birləşmiş Ştatların açdığı virtual səfirliyin ölkə sakinləri arasında dəstək qazanmadığını deyir.

İran xarici işlər nazirliyinin spzçüsü Ramin Mehmanparastbildirib ki, ABŞ virtual səfirlik təşəbbüsü ilə heç vaxt Vaşinqtonun buraxdığı səhvləri yuya bilməyəcək.

İran hakimiyyəti virtual səfirliyin səhifəsinə çıxışı dərhal bloklayıb.

Ağ ev bəyan edib ki, Tehran bununla bir daha senzura və məhdudiyyət təcrübəsindən istifadə etdiyini nümayiş etdirir.

ABŞ dövlət katibi Hillary Clinton bundan əvvəl bildirmişdi ki, virtual səfirliyi açmaqda məqsəd iki xalq arasında dialoq, qarşılıqlı anlaşmaya nail olmaqdır.

1979-cu il İran İslam İnqilabından bu yana iki ölkə arasında diplomatik münasibətlər yoxdur.
XS
SM
MD
LG