Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Brüsseldə avrozonadakı vəziyyət müzakirə olunur


Avropa Birliyinin liderləri cümə axşamı Brüsseldə avrozonadakı borc böhranını müzakirə edirlər.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso sammitin Avropanın gələcəyi üçün həllediçi olduğunu bildirib.

Almaniya və Fransa liderləri sammitdən bir gün əvvəl Avropa Birliyi ölkələri üçün ümumi maliyyə siyasətinin detallarını açıqlayıblar.

Məlumatlara görə söhbət əsasən Avropa Birliyinin müqaviləsində dəyişiklik edilməsi və ya avrozonaya daxil olan 17 ölkə üçün yeni müqavilənin imzalanmasından gedir.

Amma Böyük Britaniya bu günlərdə bəyan edib ki, əgər bu tədbirlər ölkənin maralarına zidd olsa ona imza atmayacaq.

Şərhçilər hesab edir ki, yeni razılaşmanın müzakirəsi fikir ayrılıqlarına görə bir neçə həftə vaxt apara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG