Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Putin ABŞ-ı ittiham edib


Rusiyanın baş naziri Vladimir Putin Birləşmiş Ştatları son günlər ölkədə Duma seçkilərinə qarşı keçirilən aksiyaları dəstəkləməkdə ittiham edib.

O belə bir bəyanatla Moskvada tərəfdarları ilə görüşərkən çıxış edib.

Vladimir Putin hüquq mühavizə orqanlarını ölkədə xaosa yol verməməyə, çağırıb və qeyd edib ki, ölkə sakinlərinin əksəriyyəti inqilab senarilərinin həyata keçməsini istəmirlər.

Seçkinin ilkin rəsmi nəticələrinə görə hakim Vahid Rusiya partiyası 50 faizə yaxın səs toplayıb.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət dekabrın 10-da kütləvi etirazlara hazırlaşır.
XS
SM
MD
LG