Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

ABŞ Nəqliyyat Komandanlığının rəhbəri Azərbaycana gəlir


Gələn həftə ABŞ Nəqliyyat Komandanlığının rəhbəri, general William Fraser Bakıya səfər edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza bildirib.

Nəqliyyat Komandanlığı ABŞ və bütün dünyada hərbi təyinatlı yüklərin nəqli və daşınması ilə məşğul olur.

«Azərbaycan bizim və NATO üzrə müttəfiqlərimizin Əfqanıstana yüklərimizin çatdırılmasında mühüm tərəfdaşımızdır. Bu sahədə bizə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarıq. Azərbaycan regional nəqliyyat qovşağı olmaqla bundan faydalanmağa çalışır»,- Bryza deyib. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG