Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Telefon Məkkənin yerini göstərməkdən başda, namaz vaxtı avtomatik olaraq səssiz rejimə də keçir

Enmac şirkəti məxsusi olaraq müsəlmanlar üçün yeni telefon modeli hazırlayıb. “The Daily Telegraph” xəbər verir ki, bu cihazın yaddaşına Qurani-Kərimin ərəb dilində mətni daxil edilib. Həmçinin, Quranın 29 dilə tərcüməsi də application kimi əlavə edilib.

Müsəlmanlar üçün nəzərdə tutulan yeni mobil telefonda Qurani-Kərimin, həmçinin hədislərin audio faylını səsləndirmək mümkündür.

Enmac MQ710 modelinin yaradıcıları bura müsəlmanlar üçün yararlı hesab etdikləri daha bir neçə əlavə proqram yerləşdiriblər. Məsələn, Qibla Compass proqramı Məkkənin istiqamətini göstərir. Zakat Calculator isə hər bir kəsə gəliri müqabilində verməli olduğu zəkatın miqdarını ölçməyə kömək edir. Hajj Guide – həcc ziyarətinin qaydalarını öyrədir, Tasbeeh Counter isə namaz vaxtı təsbehi əvəzləyir. Hətta namaz vaxtı telefon özü avtomatik olaraq səssiz rejimə keçir.

Bu aparat sensor ekrana malikdir, iki SİM kartla işləyir. Standart olaraq video kamera, FM radiosu olan yeni modelin qiyməti 160 dollara bərabərdir. Telefondan savayı, Enmac müsəlmanlar üçün digər cihazlar – pleyer, netbuk və planşetlər istehsal edir. Bu cihazların hər birinə Quranın audio və mətn versiyası salınıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG