Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

ABŞ: “Bəşər əl-Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib”.


ABŞ bildirib ki, Suriya prezidenti Bəşər əl-Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner Bəşər Əl-Əsədin Suriyadakı vəziyyətlə bağlı ABC xəbər televiziyasına müsahibəsini şərh edərkən deyib.

Bəşər Əl-Əsəd müsahibəsində deyib ki, o, minlərlə adamın öldürülməsində məsuliyyət daşımır. Onun sözlərinə görə, əgər ağlını itirməyibsə, dünyada heç bir lider öz xalqını məhv etmək istəməzdi.

Bəşər Əl-Əsəd deyib ki, o, öz təhlükəzilik qüvvələrini zorakılığa çağırmayıb və münaqişə zamanı öldürülən minlərlə adam hökumət tərəfdarıdır, müxalifətçi deyil.

Dövlət Departamentinin sözçüsü Mark Tonein fikrincə, Əsədin fikirləri ona içarə edir ki, ya o, reallııqdan uzaq düşüb, ya da özünün dediyi kimi “ağlını itirib”.

Mark Toner bir daha vurğulayıb ki, rəsmi Vaşıinqton Bəşər əl-Əsədin istefaya getməsini zəruri sayır. Mark Toner həmçinin Əsəd hökumətini xarici müşahidəçiləri və media nümayəndələrini vəziyyəti dəyərləndirmək üçün ölkəyə buraxmağa çağırıb.

BMT-nin hesablamasına görə, Suriyada Bəşər əl-Əsədin istefası tələbi ilə başlanan eturaz aksiyalarında 4 mindən çox adam öldürülüb.
XS
SM
MD
LG